RU
Atasının İranla bağlı qərarına qarşı çıxıb
12:00
30

Atasının İranla bağlı qərarına qarşı çıxıb

ABŞ Prezidenti Donald Trampın oğlu kiçik Donald Tramp İrana qarşı müharibənin əleyhinə olub.

Bu barədə "The Atlantic” jurnalı mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, Trampın oğlu şəxsi söhbətlərdə ABŞ-nin Yaxın Şərqdəki münaqişədə iştirakına qarşı çıxıb və bu mövqeyini atasına çatdırıb.

Jurnalın həmsöhbətləri qeyd ediblər ki, o, hər zaman xarici müdaxilələrə skeptik yanaşıb, lakin bu barədə açıq şəkildə bəyanat vermir. 

"O bu məsələdə öz baxışlarını açıqlamamağa üstünlük verir, çünki belə bir mövzuda atası ilə açıq şəkildə fikir ayrılığına heç vaxt getməz”, - mənbə bildirib.

Qeyd edək ki, "Pew Research Center”in sorğusuna görə, amerikalıların 65%-i Donald Trampın İrana qarşı əməliyyat aparmaq qərarını dəstəkləmir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ