RU
Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi
12:30
30

Qəzzada humanitar fəlakət dərinləşir: Xəstəxanaların yanacağı tükəndi

İsrailin hücumları nəticəsində ciddi dağıntıların baş verdiyi Qəzza zolağında xəstəxanaların generatorlarını işlətmək üçün yanacağın tükəndiyi bildirilib.
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, Qəzza Səhiyyə Nazirliyi xəstəxanaların fəaliyyətini təmin edən generatorlar üçün yanacaq ehtiyatının bitdiyini açıqlayıb.

Bildirilib ki, yanacaq çatışmazlığı işlək generatorların sıradan çıxmasına səbəb olur. Bu isə xəstəxanaların kritik şöbələrində elektrik enerjisinin verilməsini təhlükə altına alır.

Nazirliyin məlumatına görə, Qəzza zolağındakı xəstəxanalarda generatorların işləməsi üçün ayda təxminən 2 500 litr yanacaq tələb olunur. Lakin fövqəladə vəziyyət üçün ayrılan məhdud yanacaq ehtiyatı generatorların fasiləsiz fəaliyyətini təmin etməyə kifayət etmir.

Qurum müvafiq təşkilatları xəstəxanaların fəaliyyətinin davam etdirilməsi üçün təcili şəkildə yanacaq və ehtiyat hissələri ilə təminat məsələsini həll etməyə çağırıb.

Qəzzada fəaliyyətini davam etdirən azsaylı xəstəxanalarda tibbi avadanlıqların böyük hissəsi generatorlardan alınan elektrik enerjisi ilə işləyir. Yanacağın çatışmazlığı xəstələrin və yaralıların həyatını birbaşa təhlükə altına qoyur.

Məlumatda qeyd olunur ki, İsrailin 2023-cü ilin oktyabrından bəri Qəzza zolağına hücumları nəticəsində 74 mindən çox fələstinli həyatını itirib, 175 mindən çox insan yaralanıb, infrastrukturun isə təxminən 90 faizi dağıdılıb.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ