RU
Bakı yaxınlığında dəhşətli qəza: İki ölü, beş yaralı – YENİLƏNİB + FOTO
10:30
294

Bakı yaxınlığında dəhşətli qəza: İki ölü, beş yaralı – YENİLƏNİB + FOTO

Dövlət Yol Polisi əməkdaşlarının verdikləri məlumata görə, qəzaya səbəb 50-CK-402 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olub. 

Sözügedən avtomobili sərxoş sürücü idarə edib. 

O, avtomobili yolun əks istiqamətinə çıxararaq hərəkət edirmiş. Bu zaman qəza baş verib.

Sərxoş sürücü artıq saxlanılıb./report

 

7news.Az

 

---

Bakı şəhəri yaxınlığında dəhşətli yol qəzası baş verib.

Abşeron rayonundan Novxanı qəsəbəsinə gedən yolda üç avtomobil toqquşub. İki ədəd Mercedes və VAZ 2106 markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər ağır bədən xəsarətləri alıb. İki azyaşlı uşaq isə ölüb.

1980-ci il təvəllüdlü Seyidov Mehman, 1988-ci il təvəllüdlü Seyidova Könül, 1992-ci il təvəllüdlü Mahmuzdazə Ləman, 1992-ci il təvəllüdlü Mahmudzadə Lamiyə və 1978-ci il təvəllüdlü Vəkilov Mehdixan ağır xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

6 yaşlı Seyidova Gülçöhrə və 2 aylıq Seyidov Mehram dünyalarını dəyişiblər. /report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ