Bəxtiyar və onun anası əlbir olublar.
Bakıda 14 yaşlı qız qaçırılıb.
7News.Az xəbər verir ki, bu barədə Xəzər rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, Mərdəkan qəsəbə sakini Vəfa Bənnayeva polisə ərizə ilə müraciət edərək qızı, 14 yaşlı S.Nəbiyevanın qaçırıldığını bildirib.
Araşdırmalar zamanı qızın Bəxtiyar və onun anası Güləndam adlı şəxslər tərəfindən evlənmək məqsədi ilə qaçırıldığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.








