RU
Bakıda 27 yaşlı gənc qətlə yetirilib
21:00
417

Bakıda 27 yaşlı gənc qətlə yetirilib

Avqustun 22-də Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Puta qəsəbəsi ərazisində üzərində bıçaq xəsarətləri olan kişi meyitinin tapılması barədə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən 7NEWS.Az -a verilən məlumata görə, hadisə ilə bağlı rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə onun Ağdam rayon sakini, 27 yaşlı Əhəd Nuriyev olması müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nuriyevi avqustun 18-də bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Ağcabədi rayon sakini M.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ