RU
Bakıda 31 minlik dələduzluq
20:30
485

Bakıda 31 minlik dələduzluq

Bakıda İsrail vətəndaşına qarşı dələduzluq edilib. 

7news.Az xəbər verir ki, "Report”un məlumatına görə, İsrail vətəndaşı, 1948-ci il təvəllüdlü Aleksander Ovsiyevich Nov üzləşdiyi dələduzluq faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

O, ərizəsində bildirib ki, 2011-ci ilin fevral ayında Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Rüstəm Teymurov onu aldadaraq 31 min ABŞ dollarını alıb və indiyədək geri qaytarmayıb.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. 
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ