Bakıda qətl törədilib.
Hadisə Pirallahı rayonu Dübəndi qəsəbəsində baş verib. Həmin qəsəbənin Şimal küçəsində 1982-ci il təvəllüdlü Qraçov Aleksandr Nikolayeviçin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb. Aparılan operativ əməliyyat-axtarış tədbirləri nəticəsində qətlin 1974-cü il təvəllüdlü Şevçov Ruslan Valeriyeviç tərəfindən törədilməsi müəyyən edilib və o, tutularaq istintaqa təhvil verilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır./lent.az
7News.Az








