Bakıda 39 yaşlı qadını avtomobil vurub.
Hadisə Binəqədi rayonunda qeydə alınıb. Bakı Beynəlxalq Avtovağzal Kompleksi yaxınlığında 1983-cü il təvəllüdlü Salmanova Afət Davud qızı yolu keçərkən avtomobil onu vurub.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.








