RU
BAKIDA 46 YAŞLI KIŞI BALDIZLARI VƏ XALALARI TƏRƏFINDƏN DÖYÜLÜB
11:30
446

BAKIDA 46 YAŞLI KIŞI BALDIZLARI VƏ XALALARI TƏRƏFINDƏN DÖYÜLÜB

Bakıda döyülmə hadisəsi baş verib.

7news.Az Report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Belə ki, Qənbər Vəzirov küçəsində yerləşən fərdi yaşayış evlərindən birində ailə münaqişəsi zəminində mübahisə baş verib. Mübahisə dava ilə nəticələnib.

Nəticədə 1971-ci il təvəllüdlü Yusifov Rasim Həşim oğlu baldızları və xalaları tərəfindən döyülüb.
O, xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ