RU
Bakıda 59 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib
09:00
21

Bakıda 59 yaşlı kişini avtomobil vuraraq ağır xəsarət yetirib

Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtomobil yolu keçən 1963-cü il təvəllüdlü Əliyev Şəmsi Bəylər oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ