Bakı şəhərinin Binəqədi rayonunda bir nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
7NEWS.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb edilib.
Onlar mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1952-ci il təvəllüdlü İbrahimov Eldar Ənvər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
7NEWS.Az








