RU
Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutuldu
19:00
1271

Bakıda 84 yaşlı kişinin qətlinə görə 3 nəfər tutuldu

Bakıda törədilən qətlin üstü açılıb.

7news.Az DİN-in saytına istinadən xəbər verir ki, mayın 4-də Bakı şəhər sakini, 84 yaşlı Məmməd Səmədovun əlləri mələfə ilə arxadan bağlı vəziyyətdə olan meyiti yaşadığı Yasamal rayonu A.Abbasov küçəsindəki mənzilində tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətmiş Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Zabil Məmmədov, İlyas Məmmədov və Yevlax rayon sakini Ceyhunə Qurbanova tutulublar.

Faktla bağlı araşdırma aparılır. 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ