RU
Bakıda ağacları yandırıblar
11:47
369

Bakıda ağacları yandırıblar

Nəsimi rayonu, 20 Yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət daxil olub.

Nazirlikdən 7news.Az-a verilən məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə dörd şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub.

Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ