Buta.media-nın məlumatına görə, E. Səfərovun anası "morqdan" görüntüləri təqdim edib.
O qeyd edib ki, oğluna 80 bıçaq zərbəsi endirilib:
Xatırladaq ki, Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb.
Ancaq mayın 11-də mərhumun qardaşı, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb.
"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Zaurun atası Əli Yusifov yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.
7News.Az








