RU
Bakıda ana və uşaq doğuş zamanı öldü – YENİLƏNİB
12:43
580

Bakıda ana və uşaq doğuş zamanı öldü – YENİLƏNİB

3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınan ana və körpə ölümünün səbəbi Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasında araşdırılacaq. 

7news.Az xəbər verir ki, komissiyanın sədri Sevinc Məmmədova APA-ya bildirib ki, qeydiyyatda olmayan hamilə qadın - 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova ağır vəziyyətdə xəstəxanaya daxil olub. 

Onun sözlərinə görə, 32 həftəlik hamilə qadının bətnində döl ölü vəziyyətdə olub: "Həkimlərin səyinə baxmayaraq, ana və körpəni xilas etmək mümkün olmayıb. Ölümün səbəblərini araşdırmaq üçün ana və körpənin meyiti ekspertizaya göndərilib. Nazirliyin Doğuşayardım Komissiyasına təşrihin nəticələri və materiallar daxil olduqdan sonra ölümün əsas səbəbləri məlum olacaq”.

---

Bakı şəhərində ana və uşaq doğuş zamanı ölüb.

Hadisə 3 saylı şəhər Klinik Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Zeynəb Sabir qızı Əligülova körpəsi ilə birgə doğuş zamanı dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır./apa

 

7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ