Bakıda Avstraliya vətəndaşının 5000 manat dəyərində qızıl əşyaları oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 29-da rayon ərazisindəki hotellərdən birində Avstraliya vətəndaşı Adam Stenford Kimə məxsus 5000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Sona Əliyeva saxlanılıb.
Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır./azvision.az
7News.Az








