Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda "İsuzu" markalı xətt avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.
Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.
***10.26
Bakıda avtobus qəzası baş verib.
Ann.az ONA-ya istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda qeydə alınıb.
"İsuzu" markalı xətt avtobusu "Qazel" markalı yük maşını ilə toqquşub. Zərbənin təsirindən yük maşını yol kənarındakı obyektə girib.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir.
7News.Az








