RU
Bakıda avtobusun vurduğu piyada öldü
13:23
2005

Bakıda avtobusun vurduğu piyada öldü

Bakıda sərnişin avtobusu piyadanı vuraraq öldürüb.

7News.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Məlumata görə, iyunun 1-də saat 17 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Mehman Əliyev idarə etdiyi “Daewoo” markalı xətt avtobusu ilə yolu keçən paytaxt sakini Elnur Babazadəni vurub. 

Xəstəxanaya yerləşdirilən E.Babazadə iyunun 2-də orada ölüb. Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ