RU
Bakıda binanın zirzəmisində aparılan qanunsuz söküntü DAYANDIRILDI - FOTO/VİDEO
14:42
86

Bakıda binanın zirzəmisində aparılan qanunsuz söküntü DAYANDIRILDI - FOTO/VİDEO

Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon, Süleyman Sani Axundov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasının zirzəmisində fiziki şəxs Qasımov Tural Məmmədtağı oğluna məxsus obyektdə qanunsuz söküntü işlərinin aparılması faktı aşkar edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyi ( FHN ) məlumat yayıb.

 

Bildirilib ki, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz söküntü işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ