RU
Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq
12:45
353

Bakıda bu yolda hərəkət məhdudlaşdırılacaq


Bu gün və sabah Xəzər rayonu Zuğulba prosektində yolda nəqliyyatın hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Azəravtoyol ASC-dən 7news.Az-a verilən məlumata görə, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zuğulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.
Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmayacaq).

Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ