RU
Bakıda DƏHŞƏT:
18:35
1279

Bakıda DƏHŞƏT:

Bakıda daha iki intihar hadisəsi baş verib.

7news.Az lent.az-a istinadən bildirir ki, Xəzər rayonu Zirə qəsəbəsi Südçülük yaşayış massivində 1955-ci il təvəllüdlü Əkbərova Rübabə Hacıbaba qızı sirkə turşusu içərək özünü zəhərləyib. Ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Əkbərova öd kisəsi və böyrəklərinin ağır xəstəliyindən əziyyət çəkirmiş.

Oxşar hadisə Binəqədi rayonunda da baş verib. Gülüstan küçəsi 15 ünvanında yaşayan 1965-ci il təvəllüdlü Məmmədova İlahə Bəhrulla qızı özünü yaşadığı evin həyətində iplə asıb.

Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ