Xaçmaz rayon sakini İlkin Feyzullayev idarə etdiyi "BMW” markalı avtomobillə piyada zolağı ilə yolu keçən Bakı şəhər sakinlərini vurub.
7News.az-ın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, "BMW”nin vurduğu piyadalar Rafiq Rzayev, Dəyanət Ağazadə, qardaşı İlham və Lənkəran şəhər sakini Tamaşa Cəbrayılova olub.
Nəticədə piyadalar xəstəxanaya yerləşdirilib, T.Cəbrayılova orada ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.//big
7News.az








