Bu gün Bakıda dəhşətli qətl törədilib.
Səhər saatlarında Nərimanov rayonu, Faiq Yusifov küçəsi 42 ünvanında 1994-cü il təvəllüdlü Çobanov Emin Emin oğlu bacısı 1986-cı il təvəllüdlü Çobanova Rübabə Emin qızına çoxsaylı bıçaq zərbələri endirib. 3 bıçaq yarası almış 30 yaşlı qadın hadisə yerində vəfat edib.
Hadisə yerinə əməliyyat qrupları gəlib. Faktla bağlı araşdırma aparılır.
7News.Az








