Bakıda Rəşid Behbudov küçəsində minik avtomobili 5 saylı marşrut xətti ilə hərəkət edən avtobusa çırpılıb. Hadisə nəticəsində ölən və yaralananlar var.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən 7News.Az-a verilən məlumatda bildirilir ki, yüksək sürətlə hərəkət edən minik avtomili idarəetməni itirib.
O, əvvəlcə piyadaları vurub, sonra avtobusa çırpılıb. Hadisə nəticəsində minik avtomobilini idarə edən 44 yaşlı sürücü və 50-55 yaşlarında kimliyi məlum olmayan qadın dünyasını dəyişib. 60 yaşlı qadın və 30 yaşlı bir kişi isə qəzada xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
7News.Az








