RU
Bakıda ər 20 yaşlı arvadına görə polisə müraciət etdi
15:10
401

Bakıda ər 20 yaşlı arvadına görə polisə müraciət etdi

Bakıda kişi arvadının yoxa çıxması ilə bağlı polisə müraciət edib.

7News.Az xəbər verir ki, 30 mart tarixində Abbasqulu Hilal oğlu Hümbətli Xətai rayon Polis İdarəsi 37-ci polis bölməsinə müraciət edərək həyat yoldaşının itkin düşdüyünü bildirib.

Kişi qeyd edib ki, həyat yoldaşı 1998-ci il təvəllüdlü Nurlanə Ədalət qızı Hümbətli yaşadıqları Bakı şəhəri, A.Qurban küçəsi, ev 25-dən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsi 37-ci polis şöbəsində araşdırma aparılır.


 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ