Sabunçu RPİ 12-ci əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Bakı şəhər sakini Mətanət İbadovanın evindən qızıl əşyalar oğurlamış paytaxt sakini Ramil Şəfəqqətov tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, saxlanılan şəxsin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun daha 6 evdən pul, bankomat kartları, qızıl əşyaları və qol saatları oğurlaması da müəyyən edilib.
7news.Az








