Bakının Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Ramana qəsəbəsi, Südçülük Sovxozu kimi tanınan ərazidə 32 yaşlı Məmmədov Kamal Elbəyi oğlu qol nahiyələrinə bıçaqla bir neçə xəsarət yetirib.
Çoxlu qan itirən K.Məmmədov xəstəxanaya yerləşdirilib. Onun intihara cəhd etməsinin səbəbləri hüquq-mühafizə orqanlarında aparılacaq araşdırmadan sonra məlum olacaq./report
7news.Az








