RU
Bakıda gənc oğlan bıçaqlandı
10:50
384

Bakıda gənc oğlan bıçaqlandı

Bakıda gənc oğlana qonşusu 5 bıçaq zərbəsi vurub.

Hadisə Sabunçu rayonunda qeydə alınıb.

Balaxanı qəsəbəsi, Həsən Əliyev küçəsində 1999-cu il təvəllüdlü Hüseynzadə Natiq Nizami oğlu qonşuluğunda yaşayan şəxslə mübahisə edib. Mübahisə nəticəsində onun bədənin müxtəlif nahiyələrinə 5 bıçaq zərbəsi vurulub. Ağır vəziyyətdə olan N.Hüseynzadə 3 saylı Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb./report
 
7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ