RU
Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı
15:40
986

Bakıda gənc oğlan metroda özünü qatarın altına atdı

Metronun "Koroğlu" stansiyasında gənc oğlan özünü qatarın altına atıb.

7News.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə ötən gün gecə saatlarında baş verib.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumatı Oxu.Az-a təsdiqləyib.

O bildirib ki, ötən gün sözü gedən stansiyada gənc oğlan qatar yoluna düşüb:

"Dərhal metropolitenin təlimat qaydasına uyğun olaraq yüksək gərginlikdən ayrılıb. Daha sonra sərnişin oradan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib".

Faktla bağlı araşdırma aparılır.


7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ