Bakının Cəfər Cabbarlı 28 ünvanında kimyəvi təmizləmə məntəqəsində baş verən yanğın söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, məlumat daxil olan andan hadisə yerinə yanğınsöndürən briqadaları cəlb edilib.
Yanğının qarşısı saat 9:26-da tam alınıb.
İçəridə qalan tüstüdən zəhərlənərək ölmüş şəxsin meyiti çıxarılaraq aidiyyatı quruma təhvil verilib.
****
Bakının mərkəzində atelye yanır.
Yenicag.az xəbər verir ki, bu dəqiqələrdə Bakıda Cəfər Cabbarlı 28 ünvanında güclü partlayış baş verib. Hadisə şahidlərinin dediklərinə görə, içəridə kimyəvi təmizləmə maddələri olub. Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadası bir saatdan artıqdır ki, Yanğını söndürməyə cəhd edirlər. FHN əmkdaşları hazırda atelyenin qapısını sındırıb içəri girməyə cəhd edirlər. İki polis əməkdaşı, bir sakin yaralanıb.
Atelyedə dərzi işləyən Mustafa adlı 67 yaşlı şəxs dünyasını dəyişib. İlkin məlumata görə, onun tüstüdən zəhərləndiyi bildirilir. Meyit içəridən çıxarılmayıb. Aidiyyatı qurumların əməkdaşlarının gəlişi gözlənilir.
Musavat.com yenicag.az-a istinadən hadisə yerindən görüntüləri təqdim edir:








