Bakıda hoteldə həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Tərlan Abdullayevin cinayət işi üzrə məhkəməsi başlayır.
Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq, baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim İradə Həsənzadənin icraatına verilib.
Qeyd edək ki, hadisə bu ilin iyunun 4-də paytaxtın Nəsimi rayonu, L.Tolstoy küçəsində yerləşən "Citadel” hoteldə baş verib.
Belə ki, 1992-ci il təvəllüdlü T.Abdullayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı həyat yoldaşı - Cəlilabad rayon sakini, 1996-cı il təvəllüdlü Rüqayyə Abdullayevanı bıçaqlayaraq qətlə yetirib.
Daha sonra T.Abdullayev saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (Qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.








