RU
Bakıda hoteldə hindistanlı turistin başına iş gəldi
17:00
254

Bakıda hoteldə hindistanlı turistin başına iş gəldi

Bakıda hoteldə hindistanlı turist xəsarət alıb.

 Nəsimi rayonu K.Əhmədov küçəsində yerləşən "İnside City” hotelində 1997-ci il təvəllüdlü R.Narayan yanıq xəsarətləri alıb. O, xəstəxanaya çatdırılıb.

İlkin araşdırma zamanı məlum olub ki, Hindistan vətəndaşı olan 25 yaşlı oğlan Bakıya turist kimi gəlib və qeyd edilən hoteldə məskunlaşıb. O, nömrəsində duş almaq istəyərkən qaynar suyun üzərinə tökülməsi səbəbindən yaralanıb.

R.Narayanın vəziyyətinin qənaətbəxş olduğu bildirilib.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ