RU
Bakıda iki avtomobil piyadanın üzərindən keçib
10:34
388

Bakıda iki avtomobil piyadanın üzərindən keçib

Bakının Sabunçu rayonunda piyadanın faciəvi ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Aeroport yolunda təxminən 50 yaşlı kişini "Mercedes” markalı avtomobil vuraraq üzərindən keçib. Onun arxası ilə hərəkətdə olan digər nəqliyyat vasitəsi də piyadanı əzib.

Kişi hadisə yerində ölüb. Meyit tanınmaz hala düşdüyündən onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində istintaq aparılır./report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ