RU
Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var
11:20
33

Bakıda iki qadın arasında dava düşüb: Bıçaqlananlar var

Bakının Xəzər rayonunda iki nəfər bıçaqlanıb.

7News.Az APA-ya istinadən xəbər verir ki, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1971-ci il təvəllüdlü Lalə Qiyas qızı Vəliyeva rəfiqəsi ilə mübahisə edib. Mübahisə zamanı o bıçaqlanıb.

Həmin vaxt L.Vəliyevanın qohumu Valeh Məmməd oğlu Məmmədov da bıçaq xəsarəti alıb.

Hər iki yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.

Faktı Xəzər Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ