RU
BAKIDA IRAQLI TURISTIN MEYITI TAPILDI
15:10
563

BAKIDA IRAQLI TURISTIN MEYITI TAPILDI

Bakıda əcnəbi ölkə vətəndaşı ölüb.

İraq Respublikasının vətəndaşı, 1951-ci il təvəllüdlü Abdulzehra Zarraq Kareem Alkalga adlı şəxs Fikrət Əmirov küçəsində kirayə yaşadığı mənzildə vəfat edib. Təcili yardım briqadası həmin ünvana gələndə onun keçindiyi üzə çıxıb və daha sonra hüquq-mühafizə orqanlarına məlumat verilib.

Bildirilir ki, vəfat edən şəxs Bakıya turist kimi gəlibmiş və ilkin araşdırmalar zamanı onun ürək tutmasından vəfat etdiyi aydınlaşıb./lent

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ