Bakıda 26 yaşlı kişi bıçaq xəsarəti alıb.
Hadisə Bakıxanov qəsəbəsində, Seyid Şuşinski küçəsində qeydə alınıb.
1990-cı il təvəllüdlü Anar Əcəmi bina tikintisində işləyirmiş. O, işdən evə qayıdan zaman naməlum şəxslə mübahisə edib. Nəticədə boğazından bıçaq xəsarəti alıb.
Ağır yaralanan şəxs 3 saylı Şəhər Kilinik Xəstəxanasına çatdırılıb. A.Əcəmi əməliyyat olunub. Onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində (RPİ) istintaq araşdırmaları aparılır./musavat.com
7news.Az








