RU
Bakıda it 3 yaşlı uşağın qulağını qopardı
13:42
321

Bakıda it 3 yaşlı uşağın qulağını qopardı

Bakıda 3 yaşlı uşağın qulağını it dişləyərək qoparıb.

3 yaşlı Fəridə Babayevanın yerləşdirildiyi 1 saylı Kliniki Tibbi Mərkəzin üz-çənə cərrahiyyə şöbəsindən publika.az-a onun ciddi prixoloji və fiziki travma aldığı bildirilib:

"Hadisə nəticəsində qızın xarici qulaq seyvanı sırğalığa kimi qopmuşdu. Lakin əməliyyat nəticəsində qulaq bərpa edildi. Kosmetik baxımdan gələcəkdə də, problem yaşamamasına çalışdıq. Bundan sonra, bizim işimiz vaxtaşırı müayinəsinin aparılmasıdır. Həmçinin xəstəxanaya gətirilən kimi quduzluq əleyhinə iynə də vurulub. Dişləyən heyvan ev iti olduğundan, peyvəndlərinin aparıldığını nəzərə alaraq quduzluq təhlükəsinin çox olmadığına ümid edirik”.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ