Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə rayonun Əmircan qəsəbəsində qeydə alınıb.
1978-ci il təvəllüdlü Abdullayeva Firəngiz Heto qızı vətəndaş nikahında yaşadığı Rəşad adlı şəxs tərəfindən kürək nahiyəsindən bıçaqlanıb.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır./oxu
7News.Az








