RU
Bakıda kişi yeniyetmə qızı cinayətə məcbur etdi – ŞOK CİNAYƏT
16:10
406

Bakıda kişi yeniyetmə qızı cinayətə məcbur etdi – ŞOK CİNAYƏT

Bakıda yeniyetmə qızı qeyri-qanuni əməllər törətməyə məcbur edən kişiyə cinayət işi açılıb.

 Sabunçu rayon sakini olan Mustafayev Əbülfət Əli oğlu barəsində Cinayət Məcəlləsinin 170.1-ci, yəni On səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı aldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməmaddəsi ilə iş açılıb. Sabunçu rayon polis İdarəsində aparılan ibtidai istintaq yekunlaşıb və iş rayon məhkəməsinə göndərilib. İlk iclas mayın 8-nə təyin edilib. İşə hakim Mirheydər Zeynalovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, barəsində cinayət işi açılan Əbülfət Mustafayev tanışının Rühəngiz adlı yeniyetmə qızını cinayət əməlinə sövq edib.
 
 7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ