RU
Bakıda kürəkən qayınanasının evindən 20 min manatlıq zinət əşyaları oğurlayıb
20:20
554

Bakıda kürəkən qayınanasının evindən 20 min manatlıq zinət əşyaları oğurlayıb

Bakıda mənzildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən 7NEWS.Az-a verilən xəbərə görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin kürəkəni T.Kərimov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi əməli etiraf edib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ