RU
Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək
16:12
319

Bakıda kursant olmuş general KTMT-yə rəhbərlik edəcək

KTMT ölkələrinin başçıları Belarus nümayəndəsi Stanislav Zası 2020-ci ilin yanvarın 1-dən etibarən təşkilatın baş katibi vəzifəsinə təsdiqləyib.

"RİA Novosti” xəbər verir ki, bu barədə KTMT baş katibi səlahiyyətlərinin müvəqqəti icraçısı Valeri Semerikov danışıb.

"Bu gün dövlət başçıları Stanislav Zası 2020-ci ilin 1 yanvarından etibarən KTMT Baş katibi vəzifəsinə təyin edilməsi münasibətilə təbrik ediblər”, - Semerikov bildirib.

Xatırladaq ki, 1964-cü il təvəllüdlü Stanislav Zas hərbçi, dövlət xadimi, Belarus Respublikasının Təhlükəsizlik Şurasının katibi, general-leytenant, hərb elmləri namizədidir. O, 1985-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbini fərqlənmə ilə bitirib.

1996-cı ildə Belarus Respublikası Hərbi Akademiyasını, 2005-ci ildə isə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Hərbi Akademiyasını fərqlənmə və qızıl medalla başa vurub.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ