RU
Bakıda məktəb müəlliməsinin 100 min manatını ələ keçirdilər
10:54
1735

Bakıda məktəb müəlliməsinin 100 min manatını ələ keçirdilər

Əzimova polisə müraciət edib.

Bakıda orta məktəb müəlliminə qarşı dələduzluq edilib.

Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, Bakı şəhər sakini, 1963-cü il təvəllüdlü Əzimova Məhluqə Bəybala qızı Baş Prokurorluğa ərizə ilə müraciət edərək Mədət adlı şəxsin onu aldadaraq 100 min manat pulunu aldığını bildirib.

Baş Prokurorluq şikayətin araşdırılması üçün ərizəni aidiyyəti üzrə Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə göndərib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, M.Əzimova 283 saylı orta məktəbin müəllimidir./apa

7News.Az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ