RU
Bakıda metronun qarşısında dava
16:29
1807

Bakıda metronun qarşısında dava

Bakıda qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan anspress-ə verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsində -metronun "Həzi Aslanov" stansiyasının qarşısında qeydə alınıb. Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Musa Nurulla oğlu Nurullayevlə əmisi oğlu arasında mübahisə yaranıb. Daha sonra mübahisə davaya çevrilib və Musanın əmisi oğlu ona döş qəfəsindən bıçaq zərbəsi endirib. M.Nurullayev aldığı bıçaq zərbəsindən hadisə yerindəcə dünyasını dəyişib.

Polis və prokurorluq əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən şəxs tutularaq istintaqa cəlb edilib.

Qətl şəxsi mübahisə zəminində baş verib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

--------

 

Bu gecə Bakıda qətl hadisəsi baş verib.

Gecə saat 2 radələrində Məhəmməd Hadi küçəsi 68A ünvanının yaxınlığında, metronun "Həzi Aslanov" stansiyasının qarşısında bir qrup şəxs arasında dava-dalaş olub. Dava zamanı naməlum şəxs 1977-ci il təvəllüdlü Nurullayev Musa Nurulla oğlunun döş qəfəsinə bıçaq zərbəsi endirib. M.Nurullayev hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb. Əməliyyat-axtarış tədbirləri həyata keçirilir./lent

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ