Gəncə prospektində Həzi Aslanov metrosu yaxınlığında yerləşən yaşayış binasında yanğın baş verib.
Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğın gecə saat 03:00 radələrində baş verib. Binanın şaxtasında yerləşən elektrik naqilləri tamamilə yanıb.
"Yanğının qarşısı vaxtında alınıb. Sakinlərin hamısı xilas edilib. Yüngül xəsarət alanlar da var. Onlara da ilkin tibbi yardım göstərilib. Ölüm-itim yoxdur, hazırda 4 nəfər yüngül zəhərlənmə diaqnozu ilə müayinə olunub. İki nəfər uşaq da toksikologiya şöbəsinə yerləşdirilib".
Hadisə ilə bağlı FHN məlumat yayıb. Bildirilib ki, yanğın nəticəsində şaxta boyunca elektrik kabeli 54 p.m, 3-cü və 4-cü mərtəbələrin pilləkan qəfəslərində quraşdırılmış 64 ədəd elektrik sayğacı və şaxtanın plastik qapıları yanıb.//big
Hadisə yerindən görüntüləri təqdim edirik:
7News.az