Bakıda minik avtomobili motosikletlə toqquşub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən 7news.Az-a verilən məlumata görə, avqustun 18-də, saat 19:00 radələrində Sabunçu rayonunun Maştağa qəsəbəsi ərazisində qəsəbə sakini Vahid İmranovun idarə etdiyi "UAZ” markalı avtomobillə 25-30 yaşlı kişinin idarə etdiyi motosiklet toqquşub.
Xəstəxanaya yerləşdirilən motosikletin sürücüsü orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








