RU
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
17:00
1237

Bakıda narkotikin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

 

Səbail rayonu ərazisində narkotikin təsiri altında nəqliyyat vasitəsini idarə edən Fərid Məmmədov Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat xidmətindən 7NEWS.Az-a verilən məlumata görə, nəzarət qaydasında saxlanılan 99-SP-951 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomaşının 30 yaşlı sürücüsünün hərəkətlərində şübhəli məqamlar olduğu üçün Səhiyyə Nazirliyinin Narkoloji Dispanserinə aparılıb.

Burada sürücünün narkotik vasitənin təsiri altında olduğu müəyyən edilib.

Sürücünün barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə inzibati protokol tərtib olunub və toplanmış materiallar baxılması üçün Səbail rayon məhkəməsinə göndərilib.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ