RU
Bakıda növbəti qəza
10:11
1133

Bakıda növbəti qəza

Bu gün səhər saatlarında paytaxtın Rəşid Behbudov küçəsi ilə Füzuli küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə zamanı 90 OR 033 dövlət nömrə nişanlı “BMV” markalı avtomobillə 90 SL 293 nömrəli “Nissan” markalı minik maşını toqquşub.

“BMV” yoldan çıxaraq Mərkəzi Bankın qarşısındakı yeraltı keçidə çırpılıb. 

Qəza sürücülər arasında mübahisəyə də səbəb olub. Avtomobildə olan sərnişinlər isə yüngül xəsarət alıblar. 

Qəzadan dərhal sonra hadisə yerinə polis əməkdaşları gəliblər, hazırda araşdırma aparılır./azvision.az

7News.Az

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ