Bakıda daha bir qətl törədilib.
Aprelin 25-də Suraxanı rayonunun Hövsan qəsəbəsində yaşayan 78 yaşlı Lidiya Avşarovnanın üzərində döyülmə üçün xarakterik olan meyiti mənzilində tapılıb.
Suraxanı RPİ 30-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş 56 yaşlı oğlu İqor Avşarov tutulub.
Bildirilir ki, hadisə vaxtı İ.Avşarov sərxoş vəziyyətdə olub.
Araşdırma aparılır./lent.az
7News.Az








