RU
Bakıda polisin ölümü ilə bağlı yeni faktlar:
14:22
934

Bakıda polisin ölümü ilə bağlı yeni faktlar: "PORSCHE"Nİ SÜRƏN KİMDİR? - ADLAR AÇIQLANDI - YENİLƏNİB

Bu gün Bakıda polis avtomobilinin düşdüyü ağır yol qəzası ilə bağlı bəzi məqamlar aydınlaşıb.

7News.az lent.az-a istinadən xəbər verir ki, qəza polis serjantı, 24 avqust 1992-ci ildə anadan olmuş Zeynallı Emin Adil oğlunun idarə etdiyi 99 AP 658 dövlət qeydiyyat nişanlı avtomobilin "SOCAR" yanacaqdoldurma məntəqəsinə dönməsi zamanı baş verib.
 
Məlum olub ki, Səbail Rayon Polis İdarəsi Post Patrul Xidməti Bölüyünə məxsus olan "Fiat Doblo"ya arxadan yüksək sürətlə çırpılan 10 VV 155 dövlət qeydiyyat nişanlı "Porsche Cayenne"i Suraxanı sakini, 1974-cü il təvəllüdlü Məmmədov Rövşən Aydın oğlu idarə edirmiş. Müxtəlif dərəcəli bədən xəsarətləri alan R.Məmmədov Travmotologiya İnstitutuna yerləşdirilib. 

Bu arada məlum olub ki, qəzada ölən Emin Zeynallı 1 il imiş ki, polis sıralarında xidmətə başlayıbmış. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ