Bakıda qadını soyan şəxs saxlanılıb.
7news.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də Bakı şəhər sakini Pünhanə Məmmədəliyevanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Rasim Əhmədov tutulub.
Faktla bağlı araşdırma aparılır.
7news.Az








